Press "Enter" to skip to content

CASCFEN-də yeni təyinat

Ruhəngiz Əliyeva

Son yeniləmə: 7 Oktyabr 2024 11:07

Azərbaycanlı alim CASCFEN sədrinin Türkiyə ilə əlaqələr üzrə müşaviri təyin edilib

BAYRAQDAR MEDİA – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) öz fəaliyyətində bir sıra yenilik etməsi barədə məlumat vermişdik. İctimai Birlik, həmçinin kadr bazasında da yeniliklər istiqamətində addımlar atmaqdadır.

CASCFEN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bu günlərdə sözügedən istiqamətdə növbəti addım atılıb: “CASCFEN Türk Dövlətləri Təşkilatına daxil olan bütün ölkələrlə əməkdaşlığın daha da dərinləşdirilməsi, bəzilərilə isə əsaslı dizayn edilməsi üçün vacib qərarlar qəbul edib. Bu qərarlara uyğun olaraq CASCFEN sədrinin hər bir ölkə üzrə müşaviri vəzifəsi təsis edilib. Həmçinin pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Ruhəngiz Əliyeva CASCFEN sədrinin Türkiyə ilə əlaqlər üzrə müşaviri təyin edilib. Növbəti mərhələdə isə digər ölkələr üzrə də təyinatlar olacaq”.

Məlumatda vurğulanıb ki, Ruhəngiz Əliyeva türk dünyası ilə bağlı elmi və ictimai proseslərdə xüsusi fəallığı ilə seçilir: “Bir sıra təşəbbüslərin müəllifi, layihələrin aparıcı şəxslərindən biri kimi tanınan R.Əliyeva həmçinin “Zəngəzur Azərbaycanın qədim torpağıdır” adlı layihənin müəllifidir. Məlumat üçün bildirək ki, layihə əsasında yazılan eyniadlı kitab Ulu Öndər Heydər Əliyevin ziyalılar qarşısında qoyduğu – “Bundan sonra elə kitablar yaranmalıdır ki, o kitablar Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq” tələbi əsasında ərsəyə gəlmişdir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə ithaf edilən kitabın başqa bir özəlliyi isə onun Almaniyada Verlag “STELLA” Deutschland nəşriyyatında, beynəlxalq qriflə ingilis dilində çap olunmasıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.