Press "Enter" to skip to content

Azərbaycanlı gənclərlə tanışlıq görüşü keçirilib

Cavid Aydın görüşdə çıxış edərkən

Son yeniləmə: 7 Oktyabr 2024 12:07

Cavid Aydın: Anadolu Universitetinin Nasreddin Hoca zalında keçirilən görüşdə gənclərə EsAzDer haqqında geniş bilgi verdik

BAYRAQDAR MEDİA – Öz fəaliyyətində Eskişehirdə təhsil alan azərbaycanlı gənclərə xüsusi diqqət və qayğını da əsas götürən Eskişehir Azərbaycanlılar Dərnəyi (Es AzDer) bu şəhərdəki universitetlərdə oxumaq hüququ qazanan azərbaycanlı gənclərlə görüş keçirib.

Görüş zamanı
Görüş zamanı

Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəyin sədri Cavid Aydın məlumat verib.

O, qeyd edib ki, Dərnək rəhbərliyi hər il universitetlərə yeni qəbul olunmuş azərbaycanlı gənclərlə tanışlıq görüşü keçirir: “Bu il də ənənəmizə sadiq qaldıq. Anadolu Universitetinin Nasreddin Hoca zalında keçirilən görüşdə gənclərə EsAzDer haqqında geniş bilgi verdik. Eyni zamanda Dərnəyin Gənclik Qollarının fəaliyyət prinsipi və EsAzDer-in fəaliyyətində edilən yeniliklər bardədə də ətraflı məlumat verildi”.

C.Aydın əlavə edib ki, görüşdə Dərnəyin tətbiq etdiyi mükafatlandırma sistemi və burs proqramı barədə də məlumat verilib: “Bildiyiniz kimi Dərnək ənənəvi olaraq hər tədris ilinin sonunda qərar qəbul edir və bu qərarla bəlli qaydalra əməl edən, müvafiq ballar toplayan gənclər müxtəlif mükafatlara layiq görülürlər. Eyni zamanda Dərnəyimiz hər il ehtiyacı olan və bəlli tələblərə cavab verən azərbaycanlı tələbələrə təqaüd verir. Biz də görüşdə bunlarla bağlı ətraflı məlumat verdik və gəncləri fəal olmağa səslədik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.