BAYRAQDAR MEDİA – Türkiyənin Adana şəhərində “Teknofest” yarışının mükafatlandırılma mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “tədbirdə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan da iştirak edib. Bildirilib ki, “Teknofest” yarışı 2018-ci ildən başlayaraq hər il Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu il isə ötən illərə nisbətdə 50 kateqoriya üzrə 1,6 milyondan çox iştirakçı qeydiyyatdan keçib. Sonda qalib komandalara mükafatlar təqdim edilib”.
Məlumat üçün bildirək ki, 1-ci yerə layiq görülən Həmid Məmmədli və Toğrul Abbasov ETN və STEAM Azərbaycan layihəsinin dəstəyi ilə yarışda iştirak ediblər.
Qeyd edək ki, “Teknofest” ilk dəfə 2018-ci ildə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi hər il texnologiyalar sahəsində yeni nailiyyət və rekordlara imza atmaqdır. “Teknofest” dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.