Press "Enter" to skip to content

Almaniya və Fransaya üşgüzar səfər

Rəşad Cabirli

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli məhsuldar görüşlər keçirib

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, AlmaniyaFransada işgüzar səfərdə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, “səfər zamanı MÜSİAD Azərbaycan İdarə heyətinin sədri Rəşad Cabirli və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari MÜSİAD Ştutqart və MÜSİAD Strasburq şöbələrini ziyarət edib. Görüş zamanı Azərbaycandakı investisiya imkanları, münbit ticari-iqtisadi mühit haqında məlumat verilib, “Azerbaycana gelmek için #101Neden” başlıqlı təqdimatımız paylaşılıb”.

Görüşlərdən xatirə fotosu
Görüşlərdən xatirə fotosu

Məlumata görə, görüş zamanı yaxın gələcəkdə MÜSİAD Stuttgart və MÜSİAD Strasbourg şöbələrinin Azərbaycana işgüzar səfər etməsi planlaşdırılıb: “Sonda MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, qonaqpərvərliklərinə və dəstəklərinə görə MÜSİAD Stuttgar İdarə Heyətinin sədri Duran Tok bəyə, MÜSİAD Strasbourg İdarə Heyətinin sədri Yücel Akyüz bəyə və üzvlərə təşəkkürünü bildirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.