Press "Enter" to skip to content

149 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 7 Oktyabr 2024 11:23

BAYRAQDAR MEDİA – Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, “imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib. İmtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib. İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər oktyabrın 8-9-da saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.