Son yeniləmə: 4 Oktyabr 2024 11:35
BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov “Kabar” xəbər agentliyinə verdiyi açıqlamada ölkədəki iş adamlarına müraciət edib.
Kırım Haber Ajansının məlumatına görə, S.Caparov qırğız milyarderlərini və milyonçularını əmanətlərini xaricdə Qırğızıstanda yatırmağa dəvət edib: “S.Çaparov Qırğızıstanda 5-6 milyarder və təxminən 200 milyonerin olduğunu və bu şəxslərin əksəriyyətinin pullarını xaricdəki ofşor hesablarında saxladıqlarını bildirib. O, “Buna görə də biz xaricə pul köçürməsinə nəzarət edən qanunu qəbul etdik. Bununla belə, hələ də pullarını ölkəyə tam şəkildə qaytarmayan iş adamlarımız var” deyib”.
Məlumata görə, dövlət başçısı, həmçinin iş adamlarını dövlət layihələrinə investisiya qoymağa çağırıb: “Dövlət iqtisadiyyata xeyir gətirən istənilən layihəni dəstəkləməyə hazırdır”.