Son yeniləmə: 4 Oktyabr 2024 07:51
BAYRAQDAR MEDİA– Qazaxıstanın paytaxtı Astanada “Xoca Əhməd Yəsəvi və onun mənəvi irsi” adlı beynəlxalq tədbir təşkil edilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “konfransda Qazaxıstan parlamentinin və Senatının sədri Maulen Aşimbayev, deputatlar, yerli və xarici ekspertlər iştirak ediblər. Konfransda Hoca Əhməd Yəsəvinin həyatı, yaradıcılığı və fikir dünyasından danışılıb”.
Məlumata görə, Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstandan olan ekspertlər Hoca Əhməd Yəsəvinin əsərlərini və fəlsəfəsini müzakirə ediblər: “Konfransla yanaşı, ekspertlər tərəfindən “Yəsəvi əsərlərinin yayılması və tədqiqi” mövzusunda panel də təşkil olunub”.