Son yeniləmə: 7 Oktyabr 2024 13:53
BAYRAQDAR MEDİA – Qazaxıstan rəqəmsal iqtisadiyyat vasitəsilə əldə etdiyi gəlirlərlə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verməyə davam edir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi 2024-cü ilin yanvar-sentyabr dövründə rəqəmsal xidmətlərə görə vergilərdən əldə edilən gəlirin 23,3 milyard Tenge (1 milyard 700 min türk lirəsi) olduğunu açıqlayıb. “Google Tax” kimi tanınan tənzimləmə 2022-ci ildə qüvvəyə mindiyi zaman dövlət büdcəsinə 10,4 milyard tenge gəlir gətirib. 2023-cü ildə bu rəqəm 24,3 milyard tengeyə yüksəlib. Belə ki, tənzimləmə qüvvəyə mindiyi vaxtdan ümumilikdə 58,1 milyard tenge gəlir əldə edildiyi bildirilib”.