Press "Enter" to skip to content

Peru mətbuatında “COP atəşkəsi” təşəbbüsündən bəhs edilib

Son yeniləmə: 4 Oktyabr 2024 07:43

BAYRAQDAR MEDİA – Perunun tanınmış və nüfuzlu mətbu orqanlarından biri olan “La República” qazetində “COP29 tərəfindən iqlim sammitləri zamanı “COP atəşkəsi” təşəbbüsü irəli sürülüb” adlı məqalə dərc olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfiriliyindən məlumat verilib.

Bildirilib ki, “məqalədə ölkəmizdə keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Sədrliyi tərəfindən “COP atəşkəsi” təşəbbüsühaqqında məlumat verilir. Məqalədə, Azərbaycan tərəfindən irəli sürülən “COP atəşkəsi” təşəbbüsün COP29 daxil olmaqla bir həftə öncə və bir həftə sonrakı dövr üçün qlobal müstəvidə atəşkəsə riayət olunmasının nəzərdə tutulduğu vurğulanır. Həmçinin, Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünün Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) üzv olan ölkələrə göndərildiyi və tərəflərin bu təşəbbüsə müsbət reaksiyalar verdiyi bildirilir”.

Mission News Theme by Compete Themes.