Press "Enter" to skip to content

Məktəbəqədər təhsil xidmətlərinin təşkili üzrə qrant

Qrant müsabiqəsi

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə növbəti qrant müsabiqəsi elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bildirək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların sayının 50 faizə çatdırılması nəzərdə tutulub. Qrant müsabiqəsinin də məqsədi uşaqları məktəbəqədər təhsilə cəlb etməklə strategiyanın hədəfinə nail olmaqdır. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsi ilə aparılır”.

Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir.

Mission News Theme by Compete Themes.