BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək”
BAYRAQDAR MEDİA – Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası olacaq
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.
Xəbərdə deyilir ki, “Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır. Bu gün 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. 5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3(güclü) səviyyədə baş verəcək. 6 oktyabrdan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır”.