Press "Enter" to skip to content

“Tullantıları hədiyyələrə dəyiş” festivalı

Tullantıları dəyiş

BAYRAQDAR MEDİA – İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədi ilə oktyabrın 5-i saat 12:00-14:00-da növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev parkında keçiriləcək.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, “ETSN-nin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər”.

Bildirək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədi ilə təşkil olunur.

Mission News Theme by Compete Themes.