Press "Enter" to skip to content

Gəncədə maraqlı tanıtım sərgisi

Sərgidən görüntü

BAYRAQDAR MEDİA – “Biomüxtəliflik – təbiətin harmoniyası” devizi altında bu dəfə Gəncə şəhərində keçirilən tanıtım sərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanıb, iştirakçıların fəallığı və xoş təəssüratlarla yadda qalıb.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Milli parkların tanıtım stendlərində nümayiş etdirilən məlumatlar, ekoturizm lövhələri, videoçarxlar ziyarətçilərə Azərbaycandakı milli parkların ekosistemi ilə yaxından tanış olmaq imkanı qazandırıb. Tədbir Azərbaycanda ekoloji turizmin potensialını, bütün ölkəni əhatə edən füsunkar təbiəti virtual olaraq bir arada görməyə fürsət yaradıb, istirahətini təbiətdə keçirmək istəyənlərə seçim imkanı verib”.

Qeyd edək ki, milli parkların tanıtımı ilə bağlı bu artıq üçüncü tədbirdir. İştirakçılar tərəfindən tədbirə göstərilən maraq bu cür tədbirlərin daha geniş kütləyə çatdırılmasına vəsilədir. Təbiət turizminə, ekoloji turizmə marağı artırmaq, eləcə də Azərbaycandakı milli parkları vətəndaşlara tanıtmaq məqsədi ilə belə kütləvi tanıtım tədbirlərinin davamlı olması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.