Press "Enter" to skip to content

Qardaş ölkədə Azərbaycanla bağlı kitab

Olovlar Yurti – Ozarbayjon

BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib.

Xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.

Bildirilir ki, “Olovlar Yurti – Ozarbayjon” (Odlar Yurdu – Azərbaycan) adlı kitab sözügedən Mərkəzin layihəsi çərçivəsində ərsəyə gəlib.

“Müəllifi tanınmış tədqiqatçı-jurnalist Şarofiddin Tölaganov olan nəşrdə Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan xalqı, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, milli bayramlarımız, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, Azərbaycan-Özbəkistan tarixi, mədəni əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın apardığı siyasətin Qafqazda və bütün dünyadakı mənfi təzahürləri və s. haqqında geniş məlumatlar verilib”, – deyə xəbərdə bildirilir.

O da bildirilir ki, Özbəkistanın tanınmış jurnalistlərindən biri olan Şarofiddin Tölaganov Mərkəzin Azərbaycana təşkil etdiyi media-turlarda iştirak edib, işğaldan azad edilmiş torpaqlarda olub, erməni vandalizminin nəticələrini öz gözləri ilə görüb.

Kitabın yaxın günlərdə Daşkənddə təqdimatı keçiriləcək, onun Özbəkistanın aparıcı kitabxanaları, ali təhsil ocaqlarına verilməsi nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.