Press "Enter" to skip to content

Prezident generalı rütbədən və medaldan məhrum etdi

Prezident İlham Əliyev

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsasında Tofiq Etibar oğlu Həsənovu ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum etməklə bağlı Sərəncam imzalayıb.

Sərəncamın mətnini Prezidentin mətbuat xidməti yayıb.

Əlavə edək ki, sözügedən şəxs Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi olub. O, 2023-cü ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi ilə bağlı saxlanılıb. Sabiq rəis külli miqdarda rüşvət almaqda ittiham edilib, ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi Tofiq Həsənovun cinayətini sübut edərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Mission News Theme by Compete Themes.