Son yeniləmə: 1 Oktyabr 2024 23:40
BAYRAQDAR MEDİA – Kosovada Priştinadan sonra Prizrendə “Ötükendən Balkanlara türklər və türkcə” adlı söhbət proqramı təşkil edilib
Bu barədə timebalkan.com saytı məlumat yayıb.
Məlumata görə, Prizren Yunus Emre İnstitutunun salonunda keçirilən söhbət proqramında Prof. Dr. Cengiz Alyılmaz və Prof. Dr. Semra Alyılmaz çıxış ediblər. Çıxışlarda Monqolustandan Balkanlara qədər türklərin tarix boyu mədəni izləri barədə ətraflı məlumat verilib.
Proqramda Türkiyənin Prizren baş konsulu Celal Doğan, Kosovadan millət vəkili Fidan Brina Jılta, Yunus Emre İnstitutunun Kosova koordinatoru Ramazan Yılmaz, Kosova Beynəlxalq Maarif Məktəblərinin Kosova koordinatoru Mehmed Nedim Aslan, səfirliyin təhsil müşaviri Veysel Erdel və digər qonaqlar iştirak ediblər.