Son yeniləmə: 2 Oktyabr 2024 09:14
BAYRAQDAR MEDİA – Bolqarıstanda oktaybrın 27-də keçiriləcək seçkilərdə xaricdə də səsvermə olacaq.
Radio Bolqarıstan xəbər verir ki, Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilərdə istifadə olunacaq bülleteni təqdim edib: “28 partiya və koalisiya namizəd siyahılarını qeydə alıb və bir müstəqil namizəd də Plevendə mübarizə aparacaq.Mərkəzi Seçki Komissiyasının sözçüsü Rositsa Mateva bildirib ki, oktyabrın 1-i Bolqarıstan vətəndaşlarının xaricdə səs vermək üçün müraciət edə biləcəyi son gündür. İndiyədək 28 min vətəndaş müraciət edib. Hazırkı ünvanından başqa cari ünvanı olan seçicilər oktyabrın 12-dək hazırkı ünvanda səs vermək üçün müraciət etməlidirlər”.