BAYRAQDAR MEDİA – İranın Fars əyalətində yaşayan qaşqayların tanınmış mədəni fəallarından olan Xosrov Bahaduri 1 il müddətinə azadlıqdan məhrum edilib.
Bu haqda xəbəri GünAz.TV qaşqay türklərinin “Baydaq” saytına istinadla yayıb.
Bildirilir ki, Şiraz İnqilab Məhkəməsi mədəni fəalı “hökumətə qarşı təbliğat” və “milli təhlükəsizlik əleyhinə əlbir olmaq və toplaşmaq”da günahlandırb.
Xosrov Bahadurinin həbs cəzasını çəkdikdən sonra 1 il müddətinə ölkədən çıxışına və sosial mediada fəaliyyətində də qadağa qoyulub.
Şiraz Universitetinin Siyasi elmlər fakültəsinin tələbəsi olan Xosrov Bahaduri 10 mart 2024-cü ildə mədəni tədbirdə saxlanılıb.
Qeyd edək ki, İranın Güney və orta bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdir.
İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqayyurd” adı ilə tanınır.