BAYRAQDAR MEDİA – Təbrizin “Səhənd” kombayn zavodunun işçiləri bir neçə aydır əməkhaqqı almırlar.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, “Güney Azərbaycanlı işçilər əməkhaqlarının bir neçə aydır ödənilmədiyinə görə işi dayandıraraq etiraz aksiyası keçiriblər. İşçilərin əməkhaqlarının verilməməsi ilə yanaşı onların sığorta hüquqları da pozulub və zavod rəhbərliyi narazı işçiləri qovmaqla hədələyib”.
Etiraza qalxan işçilər deyiblər: “Təxminən 20 il öncəyə kimi bu zavodda 500 nəfər işləyin. Müxtəlif problemlər səbəbindən onların əksəriyyəti işdən çıxarılıblar və hazırda yalnız 50-55 işçi qalıb. Az sayda işçinin də əməkhaqqı uzun və bir neçə aylıq gecikmələrlə ödənilir”.