Son yeniləmə: 1 Oktyabr 2024 23:04
BAYRAQDAR MEDİA – Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “İdarənin tabeliyindəki 287 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 23 438 uşaq qeydiyyatdan keçib. Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir”.
O, da qeyd olunub ki, “məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Müasir dövrdə rəqəmsal anarxiya cəmiyyətləri, xüsusən də gənc nəsli təsir altına salmaq, istiqamətləndirmək üçün ən təsirli vasitədir. Sosial media komponentləri gənclərin şüuru ilə manipulyasiya etmək, onlarda antimilli və kosmopolit dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradırlar. Azərbaycan gənclərinin vətənpərvərliyi, xalqa bağlılığı Vətən müharibəsi nümunəsində. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətin gənclər siyasəti, cənab İlham Əliyevin prezidentliyi dövründə formalaşmış gənclərin müharibə dövründə qəhrəmanlığı. Vətənpərvər gəncliyin formalaşmasında ailə institutu və təhsilin üzərinə düşən vəzifələr”.