Son yeniləmə: 1 Oktyabr 2024 10:09
BAYRAQDAR MEDİA – “MasterChef Türkiye” yarışma proqramından tamaşaçılar ayaxşı tanış olan Somer Sivrioğlu Eskişehirdəki ailə malikanəsini ziyarət edib.
Bu barədə eskisehir.net saytında məlumat verilib.
Bildirilib ki, “Eskişehirin Odunpazarı bölgəsində yerləşən bu tarixi bina “Türk ocağı” kimi də tanınır”.
Məlumata əsasən, Sivrioğlu ailəsi Qafqazdan gələn və böyük tarixə malik zəngin bir ailə kimi tanınır: “Ailə 5 dekar sahə alıb orada uç malikanə tikdirib. Malikanlərdən biri hazırda Eskişehir Türk Ocağı kimi tanınır. Bundan əlavə, ailə Çatakbayırı yerindən gətirilən şirin su ilə məscidin yanına və Şeyh Şehabettin küçəsinə Ağa Çeşməsi tikdirib.dilər. Torpaqdan və qamışdan düzəldilmiş məscidi də yenidən qurub və ona öz adlarını veriblər. Ailə Lületaşı emalı, ticarəti və ixracı ilə də tanınır. Malikanələrin tikinti tarixi 1900-cü illərə gedib çıxır”.
Məlumata əsasən, Somer Sivrioğlu ailəsinin dördüncü nəslini təmsil edir.