Press "Enter" to skip to content

Sentyabrda 21 mindən çox müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 1 Oktyabr 2024 11:20

BAYRAQDAR MEDİA – Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 21 min 424 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 min 851 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 min 422 müraciət daxil olub. BŞTİ-yə 3 min 491 sənəd (vətəndaşlar tərəfindən 1 273 ərizə, Elm və Təhsil Nazirliyindən 437, digər qurumlardan 196, tabelikdə olan təhsil müəssisələrindən 1 min 222 məktub və 363 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 660 elektron müraciətə baxılıb”.

Məlumata görə, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Mission News Theme by Compete Themes.