Press "Enter" to skip to content

Qazaxıstanla təcrübə mübadiləsi aparılıb

Görüşlər zamanı

Son yeniləmə: 1 Oktyabr 2024 10:08

BAYRAQDAR MEDİA – Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində Nazirliyin nümayəndələri Qazaxıstanda səfərdə olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, “səfər çərçivəsində Qazaxıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, iki ölkənin pensiya, ünvanlı yardım, əlillik, proaktiv təyinat sahələrində təcrübə mübadiləsi aparılıb. Azərbaycanın əlilliyin qiymətləndirilməsi, ünvanlı yardım təyinatı, məşğulluqsahələrində innovativ həllərin tətbiqi, sosial ödənişlərin proaktiv təyinatı sahələrində təcrübəsi barədə məlumat verilib. İkitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib”.

Mission News Theme by Compete Themes.