Press "Enter" to skip to content

İranlılar üçün ən namərd ölkə: Rusiya

Ermənistan və İran qardaşlığı

BAYRAQDAR MEDİA – “Bartarinha” saytı son vaxtlar Zəngəzur dəhlizi haqda xəbərlərin yayılması fonunda İran üçün “geosiyasi və iqtisadi təhlükənin” olmasına diqqət çəkməyə çalışıb. İddia edilib ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistanla birbaşa sərhədini bağlayacaq, həm də İranı Avropaya strateji quru yolundan məhrum edəcək.

Bu sözlər “Azad İran” Telegram kanalının yaydığı xəbərdəndir.

Xəbərdə deyilir ki, “bununla bağlı sayt “İrana qarşı ən namərd ölkə hansıdır” sualı ilə iranlıların düşüncələrini soruşub. Respondentlərin bir çoxu bu suala cavab olaraq Rusiyanın adını çəkib. Bəziləri isə Çin və İsrail cavabını veriblər”.

Daha sonra qeyd edilir ki, “Rusiya deyənlərdən Zəngəzur dəhlizi ilə bağlı baş verən son müzakirələrdən sonra bu cavabı verdiklərini soruşduqda isə bildiriblər ki, əvvəllər də Rusiya İrana qarşı ən namərd ölkə olub”.

“Zəngəzur dəhlizi, eləcə də Fars körfəzində mübahisəli üç ada (Əbu Musa, Böyük Tonb və Kiçik Tonb) ilə bağlı Rusiya hər zaman İrana xəyanət edib, habelə arxadan zərbə vurub…”, – deyə, respondentlərdən biri vurğulayıb.

Maraqlıdır ki, respondentlər İranla dost kimi görünüb Qərbə meyllənən Ermənistanın adını çəkməyiblər…

Mission News Theme by Compete Themes.