Press "Enter" to skip to content

“Turan gəlir”

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq ölkənin hər yerində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladları yada edilir, onların ruhlarına duallar oxunur.

Bu barədə “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsdən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, “Bakının ictimai, siyasi, mədəni həyatında hər zaman fəallığı ilə seçilən Pirallahı rayonu da vaxtaşırı olaraq 44 günlük Vətən Müharibəsində, eləcə də sentyabrın 19- da başlayan və 23 sat 44 dəqiqə çəkən lokal antiterror tədbirlərində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərin qəhrəmanlıq tarixinə həsr olunan silsilə tədbirlər keçirilir. Bu cür tədbirlərdə, şəhid və qazilərin döyüş yolu haqqında yetişməkdə olan gənc nəslə geniş və əhatəli məlumatlar çatdırılır”.

Məlumata görə, bu dəfə də Pirallahıda “Vətən uğrunda” abidə kompleksinin qarşısında 27 sentyabr Anım Gününə həsr olunan növbəti tədbir keçirilib: “Anım tədbirində ölkəmizin bütün bölgələrində olduğu kimi saat 12:00-da torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Azərbaycan-Türkiyə bayraqları dalğalandırılıb, Türkə-Azərbaycan qardaşlığına həsr olunan şeirlər, mahnılar səsləndirilib. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, idarə-təşkilat rəhbərləri, şəhid ailələri, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə və dərnək rəhbərləri iştirak ediblər”.

Qeyd olunub ki, tədbirin bədii hissəsində “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin “Təsviri incəsənət” dərnəyinin rəsmlərindən ibarət sərgi təşkil edilib, həmçinin “Məktəb teatrı”, “Bədii qiraət” dərnəyi üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nın dərnək rəhbəri Gülzar Qurbanovanın rəhbərlik etdiyi “Qönçə” vokal qrupunun dərnək üzvləri “Turan gəlir” mahnısını ifa ediblər.

Mission News Theme by Compete Themes.