Press "Enter" to skip to content

MÜSİAD Azərbaycan daha bir yaddaqalan tədbirə imza atdı

Rəşad Cabirli səfir Dr. Cahit Bağcıya “Azerbaycan'a gelmek için 101 neden” kitabçasını təqdim edərkən

Son yeniləmə: 30 Sentyabr 2024 10:31

“Ənənəvi səhər yeməyi”ndə “Azerbaycan’a gelmek için 101 neden” kitabçasının təqdimatı oldu

BAYRAQDAR MEDİA – Səmərəli fəaliyyəti və müxtəlif yaddaqalan tədbirləri ilə Türkiyə-Azərbaycan qardaşlığının güclənməsinə xidmət edən daha bir addım atıb. Qurumun “Ənənəvi səhər yeməyi”ndə “Azerbaycan’a gelmek için 101 neden” kitabçasının təqdimatı olub.

Tədbirdən fotolar
Tədbirdən fotolar

Bu barədə BAYRAQDAR MEDİA-ya qurumdan məlumat verilib.

Məlumata görə MÜSİAD Azərbaycanın Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının təşkilatçılığı ilə növbəti “Ənənəvi səhər yeməyi” təşkil edilib. MÜSİAD Azərbaycanın üzvüz “Caspa Teknoloji” şirkətinin sponsorluğu ilə reallaşan proqram digər üzv “The Mood Bistro-Grill” restoranında olub.

Məlumatda deyilir ki proqramda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç.Dr. Cahit Bağcı, dəyərli xanımı, səfirliyin müşavirləri, 80-dən çox qonaq və qurumun üzvləri qatılıb: “Proqramımızda Kənd Təsərrüfatı və Turizm Komissiyamızın təşkilatçılığı ilə hazırlanmış “Azerbaycan’a gelmek için 101 neden” kitabçasının təqdimatı olmuşdur. Kitabçamız cənab səfirə təqdim olunmuş və bütün qonaqlarımıza hədiyyə edilmişdir”.

Tədbirdən fotolar
Tədbirdən fotolar

Yeri gəlmişkən, “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli bir müddət əvvəl X sosial şəbəkə hesabından etdiyi paylaşımda “Azerbaycan’a gelmek için 101 neden”in hazırlanması səbəbi barədə aşağıdakıları qeyd etmişdi: “Müşahidələrimiz nəticəsində Anadolu insanının Azərbaycana olan duyğusal bağlarının ziyarət statistikalarında yetərli qədər əks olunmadığını, ölkələrimiz arasında ticarət və ortaqlıq mədəniyyətinə kifayət qədər təsiri olmadığı qənaətinə gəldik. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən iş insanları olaraq Türkiyədən Azəbaycana ziyarətləri artırmaq, Anadolu insanının qardaşlıqda birinci sırada gördüyü ölkəmizi gəziləcək, iş görüləcək ölkələr sırasında ön sıraya çəkməsi, dövlət başçılarımızın qarşımıza qoyduqları ticari-iqtisadi hədəflər doğrultusunda səylərimizin daha da artırılmasında faydalı olacağına inandığımız üçün bu təqdimatı hazırladıq”.

 

 

Mission News Theme by Compete Themes.