Son yeniləmə: 27 Sentyabr 2024 09:58
BAYRAQDAR MEDİA – İstanbul Böyükşəhər Bələdiyyəsi Quzey Makedoniyada Tetovoda tarixi abidələri təmir edəcək.
Bu barədə Yeni Balkan məlumat verib.
Məlumata görə, Kalkandelen Bələdiyyə başçısı Bilal Kasami İstanbul Böyükşəhər Bələdiyyəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Barbaros Büyüksağnak, Mədəni İrs İdarəsinin rəisi Oktay Özel və komandasını qəbul edib.
Xəbərdə deyilir ki, sosial mediada paylaşılan yazıda İstanbuldan gələn nümayəndə heyəti ilə qarşıdakı dövrdə təmiri planlaşdırılan tarixi abidələrin layihələri ilə bağlı fikir mübadiləsi apardıqları bildirilib.