Press "Enter" to skip to content

Nazirlər arasında razılıq

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 27 Sentyabr 2024 09:11

BAYRAQDAR MEDİA – “26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər”.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, “tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər”.

Mission News Theme by Compete Themes.