Son yeniləmə: 27 Sentyabr 2024 11:25
BAYRAQDAR MEDİA – Molla rejiminin idarə etdiyi İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan 7 Güney Azərbaycanlı fəalın həbsinin üstündən 8 ay keçib. Tehranın bədnam Evin zindanında tutulan dustaqlar arasında Əbdüləziz Əzimi Qədim, Araz Aman, Tahir Nəqəvi, Murtaza Pərvin, Hüseyn Piri, Bağır Hacızadə və Ayaz Seyfxah var.
Bu haqda xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Bildirilir ki, “fevralın 6-da Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən fəallar vəkillə görüşməkdən, həkim yoxlanışından, habelə girov müqabilində zaminə buraxılmaq kimi qanunu hüquqlardan məhrumdurlar”.
O da qeyd edilir ki, “Hüseyn Piri qanunsuz həbsə görə ikinci dəfə aclıq aksiyasına başlayıb. Ona Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsinə və Urmu gölünün qurudulmasına etiraz etdiyi üçün basqılar edilib, habelə “dövlət quruluşu əleyhinə təbliğat aparmaq”da günahlandırılıb”.