Press "Enter" to skip to content

Humanitar Kollecdə anlamlı tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə 27 Sentyabr – Anım Gününə həsr edilmiş tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə kollecin müəllim-tələbə heyəti, şəhid ailələri iştirak edib. Əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb, həmin şəhidlər haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Eyni zamanda, kollecin foyesində tələbələrin Anım Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi keçirilib. Kollecin akt zalında reallaşan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra Kollecin direktoru Dos. Nərmin Qaralova çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanı yerdə qalmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edildi və buna görə də qazanılan Böyük Qələbənin tarixi xalq üçün xüsusi əhəmiyyət kəsb edir. Direktor Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək 27 Sentyabrın Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacağını diqqətə çatdırıb”.

Sonra xəbərdə, “Kollecin tələbələrinin Samir Qulamovun qəhrəmanlıq salnaməni özündə əks etdirən “Bir nəfəs qədər” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın nümayişi olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) aktyoru Dadaşov Əmrahın quruluş verdiyi səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır”.

Tədbir şəhid analarının çıxışı ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.