Son yeniləmə: 27 Sentyabr 2024 13:50
BAYRAQDAR MEDİA – Xaricdə yaşayan və hazırda Vətəndə olan diaspor nümayəndələrininXankəndi və Şuşaya səfəri olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, Komitənin dəstəyi və təşkilatçılığı ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində sayca 13-cü dəfə gerçəkləşən səfərdə dünyanın 16 ölkəsindən 50 diaspor nümayəndəsi iştirak edib: “Qonaqlar əvvəlcəXankəndi şəhərində olublar. Xankəndindəinzibati binanın qarşısında 27 Sentyabr – Anım Gününün 4-cü ildönümü münasibətiləölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Vətən torpaqlarının azadlığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürlərini bildirib, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzu ediblər. Daha sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşən diaspor nümayəndələri Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, Gəncə Qapısını, “Güllələnmiş heykəllər”in yerləşdiyi meydanı və digər görməli yerləri ziyarət ediblər.Diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər”.
Məlumata görə, Kanadadan olan soydaşımız Səməd Purmusəvinin sazda canlı ifası böyük maraqla qarşılanıb və ziyarəçilərə duyğulu anlar yaşadıb: “Xankəndində, Şuşadaaparılan yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olan soydaşlarımız bu cür səfərlərin mütəmadi təşkilinə görəAzərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Xatırladaq ki,Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan soydaşlarımızın, xarici jurnalistlərin,alimlərin Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.Sentyabrın 11-də Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı olan, dünyanın 23 ölkəsindən ölkəmizə gələn 80-dən çox alimŞuşa və Xankəndiyə səfər edib və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıblar”.