Son yeniləmə: 27 Sentyabr 2024 12:30
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Tədbirlərdə, həmçinin Vətən Müharibəsində qazanılan qələbədən sonra Qarabağda böyük abadlıq və quruculuq işlərinin başlanması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə məlumatlar şagirdlərin diqqətinə çatdırılıb”.
Məlumatda o da qeyd edilib ki, təhsil müəssisələrində şәhidlәrin xatirәsinә hәsr olunan ağacәkmә kampaniyaları və şәhidlәrin ailәlәri ilә görüşlәr də keçirilib: “Bundan başqa, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə, Hәrbi Qәnimәtlәr Parkı, Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ekskursiyaları da təşkil olunub”.