Press "Enter" to skip to content

Ortaq türk əlifbası rusları narahat edir

Son yeniləmə: 26 Sentyabr 2024 10:21

BAYRAQDAR MEDİA– Türk Dünyası Ortaq Əlifba Komissiyasının hazırladığı ortaq türk əlifbası təklifi rusiyalı mütəxəssisləri narahat edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, NION RAS tədqiqatçısı Alina Sbitneva iddia edib ki, bu təşəbbüs təkcə əlifba dəyişikliyi deyil, həm də “yeni ümumi türk dili”nin yaradılmasıdır. O, türk xalqının milli kimliklərini qorumaq üçün vahid əlifbaya keçid cəhdinin olduğunu və bu vəziyyətdən narahat olduğunu qeyd edib.

Sankt-Peterburq Dövlət Universitetindən Aleksey Obraztsov isə deyib ki, yeni əlifbaya keçid baha başa gələcək və vaxt aparacaq.

Mission News Theme by Compete Themes.