Son yeniləmə: 26 Sentyabr 2024 11:19
Əlibala Məhərrəmzadə MÜSİAD Azərbaycan dərnək mərkəzində olub
BAYRAQDAR MEDİA – Millət vəkili Əlibala Məhərrəmzadə MÜSİAD Azərbaycan dərnək mərkəzində olub. Bu barədə “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli özüün sosial şəbəkə hesabında məlumat yayıb.
Paylaşımda deyilir ki, qurumun İdarə Heyətinin üzvləri ilə birlikdə MÜSİAD Azərbaycan dərnək mərkəzində Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə ilə görüş olub: “Görüş zamanı regionda mülkiyyətçiliyin inkişafı, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların cəlb edilməsi istiqamətində ölkəmizdə əməkdaşlıq perspektivlərinə əsaslanan fikir mübadiləsi apardıq. Yeni yaradılmış Quba İş Adamlarına Dəstək-QİAD Assosiasiyası və ümumilikdə regionda fəaliyyət göstərən təşkilatlar və sahiblərlə dostluğun əhəmiyyətini və prioritetlərini müzakirə etdik”.
Öz növbəsində qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumatda deyilir ki, görüş zamanı ortaq Türk əlifbasının yaradılmasının əhəmiyyəti vurğulanıb. MÜSİAD Azərbaycanın Təhsil və Mədəniyyət komissiyası ilə birlikdə bu istiqamətdə beynəlxalq konfrans keçirilməsi təklif edilib. Rəşad Cabirli qeyd edib ki, dərnəyin əsas fəaliyyəti Azərbaycan və Türkiyə arasında ticari əlaqələrin və qarşılıqlı investisiya hədəflərinin artırılması istiqamətindədir.