BAYRAQDAR MEDİA – İranın işğalı altında olan Güney Azərbaycanın Ərdəbil zindanında tutulan 77 yaşlı milli fəal Pərviz Siyabi Gürcani müxtəlif xəstəliklərdən əziyyət çəksə də müalicəsinə icazə verilmir.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.
Bildirilir ki, “həkimlər Pərviz Siyabinin yaşının çox olmasına və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə, 6 illik həbs cəzasından azad edilməsi və ya ev həbsinə buraxılması ilə bağlı rəy veriblər. Ancaq həbsxana rəhbərliyi bununla razılaşmayıb və fəalın həyatının təhlükədə olmasına əhəmiyyət vermirlər”.
O da qeyd edilir ki, “tibbi ekspertizadan Pərviz Siyabinin sağlamlığı ilə bağlı arayış da verilib. Buna baxmayaraq o, həbsxanadakı emalatxana anbarında işlədilir”.
Əlavə edək ki, milli fəal ictimai fəaliyyətlərinə görə 2022-ci ilin noyabrında saxlanılıb.