Son yeniləmə: 26 Sentyabr 2024 13:22
BAYRAQDAR MEDİA – Türk Dil Qurumunun (TDK) yaranmasından bu yana keçirilən 10-cu Türk Dili Qurultayının təşkili üçün 2024-cü il mühüm dönüş nöqtəsi hesab olunur.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “26-27 sentyabr tarixləri arasında keçiriləcək 10-cu Beynəlxalq Türk Dili Qurultayı 92-ci Dil Festivalı ilə eyni vaxta təsadüf edir. Builki qurultay türkcənin zənginliyini və əsas gözəlliyini ortaya qoymağı hədəfləyir”.
Məlumata görə, qurultayda tarixi dövrlər, Türkiyə türkcəsi, türkcə tədrisi və çağdaş türk yazı dilləri kimi müxtəlif mövzular müzakirə olunacaq: “Yerli və xarici türkoloqların bir araya gələrək təcrübələrini bölüşəcəkləri tədbir elmi məqalələrlə zəngin olacaq. Məqalələr həmkarların rəyi ilə seçiləcək və fənlərarası yanaşma ilə yoxlanılacaq”.