Son yeniləmə: 25 Sentyabr 2024 15:27
Kıbrısın rum kəsimi Ermənistanla əməkdaşlığı gücləndirir
BAYRAQDAR MEDİA – Kıbrısın rum kəsimi parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti sentyabrın 24-də Ermənistanda Güney Kıbrıs -Ermənistan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin rəsmiləri ilə görüşüb.
Bu barədə KKTC-nin rəsmi media orqanı olan TÜRK AJANSI KIBRIS (TAK) məlumat yayıb.
Məlumatda deyilir ki, rum kəsimində nəşr edilən “Alithia” qəzetində yer alan xəbərə görə, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Haris Yeorgiadis görüşdə çıxış edib: “O, çıxışında iki ölkə arasındakı dərin tarixi əlaqələrdən danışaraq, iki ölkənin “bənzər fəlakət, işğal və zülm təcrübələrinə” malik olduğunu bildirib”.
Xəbərə görə, koordinasiyalı və nikbin gələcək gözlədiklərini ifadə edən H.Yeorgiadis, iki ölkənin sıx əməkdaşlıq, etimad və tərəqqiyə əsaslanan ortaq Avropalı gələcək tələb edə biləcəyini qeyd edib.
Məlumata əsasən, H.Yeorgiadis bəyan edib ki, iki ölkənin parlamentləri bu istiqamətdə birgə işləmək əzmindədir: “Qəzetin yazdığına görə, Güney Kıbrıs -Ermənistan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Hayk Konjoryan komitənin iki ölkə arasında əlaqələrin qurulmasını və möhkəmlənməsini təmin edən platforma kimi fəal rol oynadığını bildirib. İki ölkədəki mövcud vəziyyətin və siyasətin müzakirə edildiyi görüşdə H.Konjoryan son zamanlar iki ölkə arasında qarşılıqlı səfirliklərin açılması və bundan sonra görülən işlərlə bir çox müsbət irəliləyişlərin əldə edildiyinə diqqət çəkib. O, iki ölkə arasında turizm, iqtisadiyyat, müdafiə və mədəniyyət sahələrində əməkdaşlığa toxunan Konjoryan bu görüşün bundan sonra da müntəzəm olaraq keçiriləcəyini bildirib”.