Press "Enter" to skip to content

Tacikistanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul

Rəsmi qəbul zamanı

Son yeniləmə: 25 Sentyabr 2024 09:51

BAYRAQDAR MEDİA – Tacikistanın müstəqilliyinin 33-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. Əvvəlcə Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Tacikistanın ölkəmizdəki səfiri Abdurahmon İlhom Barotzoda ölkəsinin müstəqillik tarixindən və ölkələrimiz arasında əlaqələrinin inkişafından bəhs edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dost tacik xalqını Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Hökuməti adından təbrik edib”.

Məlumata görə Azərbaycan və Tacikistan bir-biri ilə etnik, dini, tarixi və mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlı olduğunu qeyd edən nazir, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlərin olduğunu bildirib: “İki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və birgə səyləri ilə münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, nəqliyyat və mədəni sahələrdə əməkdaşlıq edilyini qeyd edib. Cari ilin may ayında imzalanmış “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”nin münasibətlərimizin yeni mərhələyə yüksəlməsində mühüm rolu vurğulanıb. Zəngəzur dəhlizinin Asiya və Avropanı birləşdirən Orta Dəhlizin ən vacib hissəsi olacağı, Tacikistanın da bu marşruta qoşulması ilə ümumi gücümüzün artacağı qeyd edilib. Ölkəmizin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) fəal hazırlaşdığını bildirən nazir, tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə böyük töhfə verəcəyinə inandığını bildirib”.

Xəbərdə vurğulanır ki, S.Babayev iki ölkə arasında münasibətlərin davamlı inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mission News Theme by Compete Themes.