Son yeniləmə: 25 Sentyabr 2024 11:58
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sentyabrın 24-də imzaladığı əmrə əsasən, Ramiz Gülməmməd oğlu Məmmədov Naxçıvan MR sədrinin köməkçisi vəzifəsindən azad edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Ramiz Gülməmməd oğlu Məmmədovun Naxçıvan MR Ali Məclisinin deputatı seçilməsi muxtar respublikanın Ali Məhkəməsinin müvafiq qərarı ilə təsdiqlənib. Bunu nəzərə alaraq o, tutduğu vəzifədən azad olunub”.