BAYRAQDAR MEDİA – Qarabağ Universiteti loqosunu təqdim edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri Universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə Universitetin daimi inkişafını ifadə edir. Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir”.
Baş redaktordan: Açığı, bir Azərbaycan universitetinin öz loqosunu yabançı dildə təsdiqləməsini anlamırıq. Səbəb nə olursa, olsun, milli bir universitet öz loqosunu da milli bir şəkildə təqdim etməlidir. Anlamadığımız ikinci məqam isə odur ki, bu Universitet 1969-cu ildən fəaliyyətə başlasa da (Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi) loqoda 2024-cü il göstərilir. Niyə?