Press "Enter" to skip to content

Çin rejimi uyğur mühacirin atasını öldürdü…

Artıq haqq dünyasında olan Abdulqəni Xudaverdi

BAYRAQDAR MEDİA – Bir neçə il öncə Amsterdamın Dam meydanında davamlı etiraz aksiyası keçirən Doğu Türküstanlı müəllim, mühacir uyğur fəalı Abdurehim Gheni Uyghurla (Abdurəhim Qəni Uyğur) geniş müsahibə təqdim etmişdik. Onunla söhbətə səbəb özünün davamlı basqı və qeyri-insani münasibət üzündən doğma yurdunu tərk edərək Avropaya yerləşməsi idi. Həm də bildirirdi ki, 2005-ci ildə Çin zülmündən qaçaraq öncə Türkiyəyə, oradan da Hollandiyaya yerləşib. Bundan sonra onun ailəsi ilə əlaqə saxlaması problemə çevrilib.

Doğu Türküstanlı Abdurəhimin tüklər ürpərdən ailə dramı – FOTOLAR/VİDEO

Abdurehim deyirdi ki, Çin rejimi onu susdurmaq üçün atası da daxil olmaqla ailəsinin 19 üzvünü düşərgəyə yerləşdirib. Ondan sonra Abdurehim ailəsinin öldü-qaldısından xəbər ala bilmir.

Bugünlərdə Abdurehim BAYRAQDAR MEDİA-ya xəbər verib ki, atası Abdulqəni Xudaverdi Çin toplama düşərgəsində qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Buna qədərsə, Çin tərəfi onun atasının xəstə yatağından görüntüsünü paylaşaraq Abdurehimə təzyiq etməyə, onu mübarizədən çəkindirməyə çalışıb.

Qeyd edək ki, ümumi sayı 20 milyonu aşan uyğur türkləri Çinin davamlı zülmündən əziyyət çəkir. Hazırda 3 milyon uyğurun toplama düşərgələrində saxlanıldığı haqqında xəbərlər var. Əlavə olaraq Çin dövləti uyğurların milli və mənəvi dəyərlərini yox edir, onların milli kimliyini əritmək üçün dövlət siyasəti yürüdür. İş o həddə çatıb ki, müsəlman uyğurlara aid məscidlər ləğv edilir, hətta bəzən onları əxlaqsızlıq yuvası – barlara çevirərək uyğurlara göz dağı verirlər…

Mission News Theme by Compete Themes.