Son yeniləmə: 25 Sentyabr 2024 15:04
BAYRAQDAR MEDİA – İnsan haqları pozuntularına məruz qalan Batı Trakya türkləri yeni tədris ilində yenidən azlıq hüquqlarından məhrum edilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Şura komitələri ilə məsləhətləşmədən İskeçe Azınlık Ortaokulu-Liseyi və Gümülcine Celal Bayar Azınlık Ortaokulu-Liseyinin məktəb direktorlarının təyin olunması ilə bağlı reaksiyalar davam edir. Sentyabrın 21-də Doğu Makedoniya-Frakiya Dövlətinin İbtidai və Orta Təhsil üzrə Direktor müavini Mariqula Kosmidunun 11 sentyabr tarixli bəyanatı ilə bağlı birgə bəyanat yayıblar”.