BAYRAQDAR MEDİA – Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “müxtəlif dövlət və özəl qurumların, peşəkar və həvəskar velosiped sürən 100-dən artıq iştirakçı Dəniz Mall ticarət mərkəzi – Bakı Su İdman Sarayı – Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə velosiped sürərək günə töhfə veriblər. Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə hər il sentyabr ayının 22-də “Ümumdünya avtomobilsiz günü” keçirilir”.