BAYRAQDAR MEDİA – Sentyabrın 24-də “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən (MN) daxil olub.
Xəbərdə qeyd olunur ki, “müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib. Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, MN-in dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib. Sərgi çərçivəsində ilk dəfə olaraq MN-in stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda, MN-in tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir”.
Bildirək ki, sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.