BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliyanın müdafiə naziri Quido Krosetto “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov və Nazirliyin digər rəhbər heyəti qarşılayıb. İtaliyalı qonaq Azərbaycanda səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək”.