Press "Enter" to skip to content

BAYRAQDAR MEDİA qlobal kampaniyaya qoşuldu

Həqiqəti seç.

Son yeniləmə: 24 Sentyabr 2024 10:34

BAYRAQDAR MEDİADünya Qəzetləri Assosiasiyası – Dünya Redaktorlar ForumuKanada Jurnalistika Fondu Güney Afrikanın “Daily Maverick” nəşrinin təşəbbüsü ilə 28 sentyabrda qeyd ediləcək Dünya Xəbər Günü kampaniyasına başlayıb.

Kampaniyanın koordinatorlarının BAYRAQDAR MEDİA-ya verdiyi xəbərə görə, bu qlobal aksiyada 100-dən artıq ölkənin aparıcı media qurumları iştirak edir. Kampaniyanın şüarı “Həqiqəti seç.” şəklində müəyyən edilib. Bu aksiyanın məqsədi fakta əsaslanan jurnalistikanın təşviq edilməsidir. Kampaniya iştirakçıları auditoriyanı həqiqətə söykənən media qurumlarını dəstəkləməyə və onlara güvənməyə çağıracaqlar.

“Dünya Xəbər Günü müstəqil və cəsur jurnalistlərin dünya çapında oynadığı həyati əhəmiyyətli rola diqqət çəkmək üçün fürsətdir. Onların əməyi həqiqətin yolunu göstərməyə xidmət edir.” Bu sözləri “The Globe and Mail” qəzetinin baş redaktoru, Dünya Xəbər Günü təşəbbüsünün müəllifi Devid Uolmsli (David Walmsley) deyib.

Bildirilir ki, “Həqiqəti seç.” kampaniyası yanlış informasiya ilə zəhərləndirilməyə çalışılan dünyada jurnalistlərin faktları yaymaq istiqamətində əvəzsiz roluna diqqət çəkir. Qeyd edilir ki, həqiqət sadəcə bir seçim deyil, o azad və demokratik cəmiyyətin təməlidir.

Əlavə edək ki, Azərbaycandan BAYRAQDAR MEDİA da bu qlobal kampaniyaya qoşulub və onun loqosu iştirakçılar siyahısında yer alıb. Qurumun baş redaktoru Azər Həsrət bildirib ki, müəyyən səbəblərdən bəlli bir dönəmdə səngimiş beynəlxalq əlaqələrin bərpası baxımından bu kampaniyada iştirak vacibdir.

“Biz yenə də beynəlxalq platformalarda mövqelərimizi möhkəmləndirməyi və Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlavə imkanlar qazanmağı düşünürük”, – deyə Azər Həsrət bildirib.

Dünya Xəbər günü 2018-ci ildən qeyd edilir.

İstifadə ediləcək həştəqlər: #JournalismMatters, #ChooseTruth, #WorldNewsDay

Sosial media: Instagram, Facebook, X

Mission News Theme by Compete Themes.