Press "Enter" to skip to content

Vikipediyada Anıtkabir haqqında məqalə

Xəyalə Məmmədli və Röya İsrafil

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada “Anıtkabirin tarixi”  adlı məqalə yaradıb.

Məqalənin ərsəyə gəlməsi haqqında X.Məmmədli BAYRAQDAR MEDİA-ya məlumat verib: “Fevral ayında Ankaraya işgüzar səfərim zamanı Anıtkabiri ziyarət etdim. Ondan sonra bu məqaləni yaratmağa məndə istək yarandı. Həmçinin bu məqaləni Vikipediyanın türk dili bölməsində görmüşdüm. Bundan əlavə, mart ayında Wikimedia fondu “VikiBahar 2024” layihəsini elan etdi. Layihəyə görə Avropa ölkələrinə aid məqalələr yaradılmalı idi. Mən də bu zaman həmişə üstünlüyü Türkiyəyə verirəm. Beləcə, mən Türkiyə ilə bağlı məqalələr yaratdım. Bu məqalə də onlardan biridir. Məqani 1 aya yaratmışam. Bildirim ki, məqalə gələcəkdə Vikipediyanın Azərbaycan dili bölməsində “Seçilmiş məqalə” statusu alması üçün də təqdim olunacaq, çünki məqalə Vikipediyanın türk dili bölməsində “Seçilmiş məqalə” statusuna malikdir”.

Qeyd edək ki, məqalə “Tikintidən öncə”, “Layihə prosesi”, “İnşaat prosesi”, “İnşaatdan sonra” kimi başlıqlara bölünüb.

Mission News Theme by Compete Themes.