Son yeniləmə: 23 Sentyabr 2024 09:40
BAYRAQDAR MEDİA – KKTC-nin hakim Ulusal Birlik Partiyasının 23-cü qurultayı keçirilib.
Qurultayda Ünal Üstel, Ahmet Melih Karavelioğlu və Hasan Taçoy sədrlik uğrunda mübarizə aparırıblar.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Bildirilib ki, “qalib gələrək, yenidən sədr seçilən Ünal Üstel qalibiyyət çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. O, “qurultayda qalib və ya uduzan yoxdur. Qaliblər KKTC və UBP-dir. Dünən dünəndir, sabaha baxarıq. Biz 2027-ci ilə qədər fasiləsiz sabitliklə hakimiyyətdə xidmət etməyə davam edəcəyik” deyib.