BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın payız mövsümündə ilk iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Şuradan məlumatverilib.
Bildirilib ki, sentyabrın 21-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilən iclası giriş sözü ilə Şura sədri, Bakı Atatürk Mərkəzinin direktoru, Vl çağırış Milli Məclisin üzvü, akademik Nizami Cəfərov açıb: “N.Cəfərov ölkənin mədəni həyatı, dövlət mədəniyyət strategiyası, çağdaş beynəlxalq çağırışlar və s. barədə fikirlərini bölüşüb”.
Məlumata görə, İctimai Şuranın sədr müavini Əkbər Qoşalı indiyədək həyata keçirilən tədbirlər və görüləcək işlər barədə danışıb: “Ə.Qoşalı, o cümlədən Bakı və Mil-Muğan üzrə keçirilən geniştərkibli ictimai dinləmələr, uşaq ədəbiyyatının, özəl nəşriyyatların mövcud durumu ilə bağlı dinləmələr, media çıxışları, müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirakla bağlı ətraflı məlumat verib.
İctimai Şuranın sədr müavini Vüqar Qədirov, Şura üzvləri – Əməkdar incəsənət xadimi Ayaz Salayev, Ülviyyə Bəbirli, Samirə Mustafayeva və Xanoğlan Əhmədov çıxış edərək, Şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar”.
Məlumatda deyilir ki, iclasda Şuraya edilmiş bəzi müraciətlər üzrə əlaqədar yetkili şəxslərlə yerindəcə telefon bağlantısı qurulub, kömək göstərilməsi imkanları araşdırılıb: “İclasa yekun vuran akademik Nizami Cəfərov Şuranın fəaliyyəti ilə bağlı ötən müddətdə qarşıya çıxan bəzi məsələlər barədə fikirlərini bölüşüb, qarşıdakı dönəmdə fəaliyyətə dair tövsiyyələrini verib. Qərara alınıb ki, Gəncə, Quba, Şəki, Lənkəran şəhərlərini, Qarabağı, Şərqi Zəngəzuru əhatə edən regional mədəniyyət idarələri öndə olmaqla, indiyədək ictimai dinləmə keçirilməmiş bütün regionalarda ictimai dinləmələr təşkil olunsun. Qarşıdakı ilk ictimai dinləmənin oktyabr ayında keçirilməsi məqsədəuyğun hesab edilib. İclasda, həmçinin mədəniyyətyönümlü fəaliyyəti ilə seçilən QHT-lər, mədəniyyət yazarları ilə ayrıca görüşlərin keçirilməsi, müzakirələrin aparılması qərara alınıb”.