Press "Enter" to skip to content

Eskişehirdə “Qara dəniz küləyi yaylası festivalı”

Festival zamanı

Son yeniləmə: 23 Sentyabr 2024 10:54

BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi, Odunpazarı Bələdiyyəsi, Tepebaşı Bələdiyyəsi və Eskişehir Qaradəniz Xalqları Dərnəyinin təşkilatçılığı ilə “Qara dəniz Rüzgar Yaylası Festivalı” keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya eskisehir.net saytından məlumat verilib.

Bildirilib ki, “Eskişehir Böyükşəhər Bələdiyyəsi, Odunpazarı Bələdiyyəsi, Tepebaşı Bələdiyyəsi və Eskişehir Qaradəniz Xalqları Dərnəyinin birgə təşkil etdiyi “Qara dəniz Rüzgar Yaylası Festivalı” cümə günü möhtəşəm açılışla başlayıb. Festivalın ikinci gününə Böyükşəhər Bələdiyyə başçısı Ayşe Ünlüce, Tepebaşı Bələdiyyə başçı köməkçisi Erdal Şahbaz, CHP millət vəkilləri Utku Çakırözer, İbrahim Arslan, CHP İl sədri Tələt Yalaz və Qara dəniz bölgəsi və Eskişehirdən çox sayda vətəndaş qatılıb”.

Məlumata görə, Qara dəniz mədəniyyətinin yaşatıldığı festivalda vətəndaşlar kəmənçə və çubuqların müşayiəti ilə rəngarəng səhnələrin şahidi olublar: “Festivalda çıxış edən Böyükşəhər Bələdiyyə başçısı Ayşe Ünlüce “Bu gözəl festival dəyərli vətəndaşlarımızın həmrəyliyini, Əskişəhərdə bir yerdə yaşamaq mədəniyyətini və aralarındakı bu gözəl dialoqu daha da inkişaf etdirməyə kömək edir”deyib.

Mission News Theme by Compete Themes.